Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Ermənistanın hər an Türkiyə ilə sərhədləri açmağa hazır olduğunu söyləyib.

“Siz Ermənistan tərəfinin yanaşmasından xəbərdarsınız. Bununla əlaqədar biz reallaşma müddətini açıqlamamışıq. İki razılaşmamız var və onlardan biri üçüncü ölkə vətəndaşlarına aiddir”, - Qriqoryan qeyd edib.
Leqal.info xəbər verir ki, Sərhədləri açmaqla bağlı addımlar üçün konkret tarixin bilinmədiyi, tərəflər tərəfindən danışıqların davam etdirildiyi Ermənistan Təhlükəsizlik Şurasının katibi tərəfindən bildirilib.
Elnurə Fərhadqızı
Leqal.info