Rusiyalı politoloq, Siyasi Araşdırmalar Mərkəzinin direktoru Sergey Markov “Rusiya və Fransanın Cənubi Qafqazda və Afrikada mübarizəsi” mövzusuna həsr olunmuş dəyirmi masada çıxışı zamanı belə deyib:
“Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını tərk etməyəcək, onun fəaliyyətini pozmaq üçün hər şey edəcək”.


Leqal.info xəbər verir ki, Sergey Markov Fransa Prezidenti Emmanuel Makronun Qafqazda öz mövqeyini gücləndirmək məqsədilə bir sıra tədbirlər gördüyünü qeyd edib: “Makron Ermənistana və Cənubi Qafqaza yaxınlaşmaq fikrindədir. Fransa parlamentinin hər iki palatasında Azərbaycan və Rusiyaya qarşı bir çox qətnamələr müzakirə olunub. Fransa Ermənistanı Rusiya müttəfiqliyindən kənarlaşdırmaq istəyir”.
Leyla Kamil
Leqal.info