Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Jozep Borel “Phoenix” telekanalında qitə ölkələrini Almaniyaya qoşulmağa və Ukraynaya əsas döyüş tanklarının göndərilməsində iştirak etməyə səsləyib.

Leqal.info xəbər verir ki, J. Borel “Die Welt” qəzetinin Niderland və Danimarkanın Ukraynaya “Leopard 2” tanklarının tədarükündə iştirak etməyəcəkləri ilə əlaqədar xəbərinə münasibətini ifadə edərkən belə deyib:
“Ölkələr mümkün olduğu qədər tez bir zamanda çox tank verməlidirlər”
“Bilirəm ki, Avropa İttifaqı (Aİ) ordularında yüzlərlə tank var, onların bəzilərinin təmirə ehtiyacı var, lakin elə olsa da təmiri ən tez bir zamanda etməlisiniz, çünki yazda artıq çox gec olacaq”, - Jozep Borel vurğulayıb.
Elnurə Fərhadqızı
Leqal.info