Gürcüstan Daxili İşlər Nazirliyi (DİN) Azərbaycandan qeyri-qanuni yollarla Gürcüstana keçməyə çalışan 5 Pakistan vətəndaşının tutulması barədə məlumat yayıb.

Leqal.info xəbər verir ki, Gürcüstan DİN-in əməkdaşlarının etdikləri operativ əməliyyat nəticəsində Gürcüstan-Azərbaycan dövlət sərhədini Laqodexi yönündə pozmağa cəhd edən 1971, 1979, 1989, 1991 və 2001-ci il təvəllüdlü 5 Pakistan vətəndaşının saxlanıldığı bildirilib.
Qeyd edək ki, sözügedən şəxslərə qarşı Gürcüstanın dövlət sərhədini qrup formasında pozma maddəsi üzrə cinayət işi açılıb və 5 ilə kimi həbs cəzası nəzərdə tutulur.
Elnurə Fərhadqızı
Leqal.info