“Rusiya ordusu Xerson şəhərinə intensiv hücumlar təşkil edib”.

Leqal.info xarici KİV-ə istinadən xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski deyib:

“Rusiya ordusu Xersona intensiv hücumlar təşkil edib. Dinc insanları amansızcasına qətlə yetirib. Rus raketləri dayanacağa, yaşayış məntəqələrinə və mənzillərə düşür. Təəssüf ki, bu terror hücumları nəticəsində yaralanan və ölənlər var. Yaxınlarını itirənlərə başsağlığı verirəm”.

Zelenski dünyanı Ukraynadakı müharibəyə susmamağa çağırıb:

“Dünyanın Rusiyanın qəddarlığı və təcavüzünü bir an belə unutmağa haqqı yoxdur”.