Kiyevdə səfərdə olan İsrailin xarici işlər naziri Eli Kohen İsrailin Ukraynadakı səfirliyinin fəaliyyətinin tam bərpa olunduğunu bildirib.

“Müharibə başlayandan etibarən ilk dəfə mən səfir Maykl Brodski ilə birlikdə Kiyevdəki İsrail səfirliyini tam və davamlı fəaliyyəti üçün yenidən açdım. Ukrayna İsrailin dostudur və səfirliyin, burada ağır şəraitdə işləyən işçilərin davamlı fəaliyyəti ölkələr arasında münasibətləri gücləndirəcək” , - Kohen qeyd edib.
Leyla Kamil
Leqal.info