Ukrayna xarici işlər naziri Dmitri Kuleba Almaniyanın “Westdeutsche Allgemeine Zeitung – WAZ” nəşrinə müsahibəsi zamanı heç bir ölkənin Ukraynaya döyüş təyyarələri vəd etməyini deyib.

Leqal.info xəbər verir ki, nazirin sözlərinə görə, bəzi ölkələr, xüsusilə də İngiltərə Ukrayna pilotlarına Qərb qırıcı təyyarələri üzrə təlim keçib.
Kuleba, həmçinin başqa ölkələrin də tezliklə bənzər addımı atacağına əmin olduğunu bildirib:
“ İlk öncə ABŞ, Böyük Britaniya, Fransa və Almaniya istehsalı olan qırıcı təyyarələr Ukraynanın marağındadır. Bu ölkələr ən yüksək istehsal qüvvəsinə və böyük aviasiyaya malikdir”.
Ukrayna XİN başçısı qırıcı təyyarələrin Ukraynaya yalnız əks-hücuma deyil, eyni zamanda hava hücumundan müdafiəni gücləndirməklə bağlı kömək edəcəyini vurğulayıb.
Leyla Kamil
Leqal.info