Avropa İttifaqı (Aİ) Şurasının Prezidenti Şarl Mişel BMT Baş katibi Antonio Quterreşlə görüşü zamanı Ukraynadakı müharibəni müzakirə edib.

Leqal.info xəbər verir ki, bununla bağlı Şarl Mişel “Twitter” hesabında paylaşım edib.
Şarl Mişellə Antonio Quterreşin Ukraynadakı müharibənin qlobal təsirləri barədə diskussiya apardıqları, eyni zamanda ərzaq qiymətlərinin aşağı salınması ilə əlaqədar olan “Taxıl razılığı” məsələsi haqqında da fikir mübadiləsi etdikləri Aİ Şurasının Prezidentinin paylaşımında qeyd olunub.
Leyla Kamil
Leqal.info