Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyinin (AFAD) sədri Yunus Sezer brifinqdə zəlzələdə ölənlərin sayının 40 689 nəfərə çatdığını deyib.

Leqal.info xəbər verir ki, fevralın 6-da mərkəzi Türkiyənin Kahramanmaraş şəhərinin Pazarcık rayonu olan 7,7 maqnitudalı və günorta saatlarında episentri Kahramanmaraşın Elbistan rayonu olan 7,6 maqnitudalı iki zəlzələ baş verib.
11 şəhəri əhatə edən zəlzələ səbəbilə Türkiyədə 3 aylıq fövqəladə vəziyyət elan olunub.
Leyla Kamil
Leqal.info