Rusiya Prezidenti Vladimir Putin Federal Məclisə müraciətində müharibəni Qərbin başlatdığını və Rusiyanın onu dayandırmaq məqsədilə güc tətbiq etdiyini bildirib.

Leqal.info xəbər verir ki, Qərbin məqsədinin hüdudsuz gücə sahib olmaq olduğunu və Rusiyanın isə öz yurdunu qoruduğunu qeyd edən Putin Donbasara zərbələr endirməyi planlaşdıranların Krımı və Sevastopolu növbəti hədəf kimi seçdiklərini bildirib.
Qərbin Kiyevə onu silah və yardımla təmin etmək üçün 150 milyard dollardan artıq pul xərclədiyi Rusiya dövlət başçısı tərəfindən qeyd edilib.
Leyla Kamil
Leqal.info