Britaniya hökumətinin elektron portalında Böyük Britaniyanın Rusiyaya yeni sanksiyalar tətbiq etdiyi barədə məlumat yerləşdirilib.

Leqal.info xəbər verir ki, Britaniya tərəfindən açıqlanan yeni sanksiyalar paketinin Rusiyanın “Rosatom” şirkəti ilə bağlı olan 92 hüquqi və fiziki şəxsə aid olunduğu və sözügedən sanksiyaların Rusiyanın döyüş meydanında istifadə etdiyi bütün ləvazimatları əhatə etdiyi bildirilib.
Məlumatda, eyni zamanda Rusiya Prezidenti Vladimir Putinin yaxın müttəfiqləri, habelə onun sabiq təhlükəsizlik rəisi və “Şimal axını 2” kəmərinin baş direktorunun da sanksiyaya məruz qaldığı öz əksini tapıb.
Elvin Mahmudlu
Leqal.info