Pentaqonun saytında ABŞ-ın Ukraynada müharibənin birinci ildönümü münasibəti ilə Kiyevə yeni hərbi yardım paketi elan etməsi barədə məlumat yerləşdirilib.

Leqal.info xəbər verir ki, 2 milyard ABŞ dolları dəyərindəki yardım paketinin “Ukraynaya Təhlükəsizlik Yardımı Təşəbbüsü” çərçivəsində təmin ediləcəyi məlumatda qeyd olunub.
Bildirilib ki, yeni hərbi yardım paketinə “CyberLux K8” dronları, “Switchblade 600” kamikadze dronları, “Altius 600” dronları, “Jump” dronları, “HIMARS” sursatları, lazerlə idarə olunan raket sistemləri üçün döyüş sursatları, 155 millimetrlik artilleriya mərmiləri, təhlükəsiz kommunikasiya vasitələri, dron əleyhinə və radioelektron mübarizə vasitələri, minatəmizləmə avadanlıqları, habelə sözügedən avadanlıqların saxlanılması və istifadəsinə aid təlimlər daxildir.
Leyla Kamil
Leqal.info