“Mayın 14-də xalqımız lazım olan qərarı verəcək”.

Leqal.info xəbər verir ki, bunu Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AK Parti) sədri, Prezident Rəcəb Tayyib Ərdoğan martın 1-də siyasi təşkilatın deputat fraksiyasının toplantısında deyib.

Onun sözlərinə görə, bəziləri üçün danışmaq asandır: “Onlar sadəcə danışır, kamera arxasına keçir. Çünki onlar məsuliyyət daşımırlar".