Türkiyənin yerli mətbuatı İstanbulda keçirilən əməliyyat əsnasında İŞİD terror təşkilatının yüksək vəzifəli şəxsinin həbs edilməsi barədə məlumat yayıb.

Leqal.info xəbər verir ki, sözügedən məlumatda Türkiyə Milli Kəşfiyyat Təşkilatının (MİT) verdiyi məlumat əsasında əməliyyat keçirən İstanbul Polis İdarəsi Terrorla Mübarizə Şöbəsinin qrupları tərəfindən kod adı “Əbu Hüzeyfə” olan şübhəli şəxsin saxlanıldığı və həbs olunduğu bildirilib.
Elnurə Fərhadqızı
Leqal.info