Türkiyədə zəlzələ nəticəsində həlak olanların sayı 46 min nəfəri keçib.

Leqal.info “Anadolu”ya istinadən xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan hökumətin iclasından sonra bildirib.

“Bu günə qədər dağıntılarda, xəstəxanalarda ölən zəlzələdən zərərçəkmişlərin, vətəndaşlarımızın sayı 46 min 104-dür. Məqsədimiz qarşıdakı 2 ayda 244 min yaşayış binasının və 75 min kənd evinin tikintisinə başlamaqdır. Bunlardan təxminən 22 mininin tikintisinə başlanılıb”, - o vurğulayıb.