Cənubi Koreyanın “Yonhap” agentliyi ABŞ və Cənubi Koreyanın "Freedom Shield" (Azadlıq qalxanı) adlı birgə hərbi təlimlərə başladığı barədə məlumat yayıb.

Agentliyin məlumatına əsasən, təlimlər zamanı Şimali Koreyanın mümkün ola biləcək hücumlarından qorunmaq üçün ssenarilər həyata keçiriləcək.
Komanda-qərargah təlimlərinin kompüter simulyasiyalarına əsaslandığı, Şimali Koreyanın nüvə silahı təhlükəsini və baş verə biləcək hücumdan müdafiə olunmaq üçün ssenarilər işlənib hazırlandığı bildirilib.
Bu il keçirilən “Freedom Shield” təlimlərinin fasiləsiz olaraq 11 gün (23 marta kimi) davam edəcəyi qeyd olunub.

Leyla Kamil
Leqal.infoABŞ və Cənubi Koreya birgə hərbi təlimlərə başlayıb