Sudanda ordu ilə çevik xüsusi təyinatlılar arasında baş verən silahlı toqquşmalarda ötən gün ərzində 30 mülki şəxs həlak olub.

Leqal.info “Al Arabiya”ya istinadən xəbər verir ki, bu barədə məlumatı Sudan Həkimlər Komitəsi təsdiqləyib.

Komitənin sözlərinə əsasən, elan edilmiş atəşkəsə rəğmən keçən 24 saat ərzində 30 mülki şəxs həlak olub, 245 nəfər də yaralanıb.

Eyni zamanda toqquşmalar nəticəsində ümumilikdə 174 mülki şəxsin həlak olduğu bildirilib.

Elvin Mahmudlu
Leqal.info