Yeni Zelandiyanın Sakit okeanda yerləşən Kermadec arxipelaqı ərazisində 7,3 bal gücündə zəlzələ baş verib.

Leqal.info xəbər verir ki, bu barədə ABŞ Geoloji Xidməti məlumat yayıb.

Təbii fəlakətin episentri 110 min nəfər əhalisi olan Vanqarey şəhərindən 963 km şimal-şərqdə, zəlzələnin ocağı isə 33,6 km dərinlikdə yerləşib.

ABŞ Milli Meteoroloji Xidməti sunami təhlükəsi ilə bağlı xəbərdarlıq edib.

Leqal.info