ABŞ-ın Kaliforniya ştatı yaxınlığındakı “Big Bear City” hava limanı yaxınlığında tək mühərrikli sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində üç nəfər ölüb.
Leqal.info xəbər verir ki, bu barədə yerli ABC7 telekanalı məlumat yayıb.
Təyyarə yerli vaxtla saat 14:00 radələrində qəzaya uğrayıb.