Lyudovit Odor Slovakiyanın yeni baş naziri təyin ediləcək.

Leqal.info TASS-a istinadən xəbər verir ki, bunu bu gün keçirilən brifinqdə Slovakiya Prezidenti Zuzana Çaputova bildirib.

Zuzana Çaputova söyləyib ki, Milli Bank sədrinin müavini Lyudovit Odor yeni baş nazir təyin olunacaq.

Qeyd edək ki, bu gün Eduard Xeqer baş nazir vəzifəsindən istefa vermək niyyətində olduğunu bildirib. Qanunvericiliyə əsasən, Baş nazirlə birlikdə Nazirlər Kabinetinin bütün üzvləri istefa verməlidir.

Leqal.info