Türkiyədə Adana vilayətinin Saimbəyli bölgəsində 4,9 bal gücündə zəlzələ olub.

Leqal.info xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

Məlumata əsasən, yerli vaxtla saat 15:46-da 4,9 bal gücündə zəlzələ baş verib, episentri Saimbəyli bölgəsi olub.

Zəlzələ 6,67 kilometr dərinlikdə olub.

Leqal.info