Türkiyə prezident seçkilərinin ikinci turunda seçki qutularının 75,42%-i açılıb.

Leqal.info xəbər verir ki, bu barədə Türkiyə Ali Seçki Komissiyasının (YSK) sədri Ahmet Yener jurnalistlərə açıqlamasında bildirib.

O, qeyd edib ki, Rəcəb Tayyib Ərdoğan seçicilərin 53,41%-nin, Millət İttifaqının namizədi Kamal Kılıçdaroğlu isə 46,59%-nin səsini qazanıb.

Leqal.info