Ermənistanın paytaxtı İrəvan şəhərində çoxmərtəbəli binada yanğın olub, 1 nəfər ölüb, bir neçə nəfər xəsarət alıb.

Leqal.info xəbər verir ki, bu barədə Ermənistan Daxili İşlər Nazirliyinin Xilasetmə Xidməti məlumat yayıb.

Qeyd olunub ki, şəhərin Nor Areş rayonunda çoxmərtəbəli binanın 8-ci mərtəbəsindəki mənzildə yanğın baş verib, 4 nəfər təxliyə olunub.

Elvin Mahmudlu
Leqal.info