Leqal.info xəbər verir ki, bu barədə şəhərin Müdafiə Şurasının rəhbəri Oleksandr Vilkul "Telegram" hesabında bildirib.
Onun sözlərinə əsasən, hücum nəticəsində 6 mülki şəxs ölüb. Oleksandr Vikul axtarış-xilasetmə işlərinin davam etdiyini qeyd edib.
Dnepropetrovsk regionunun rəhbəri Serhiy Lısak isə qeyd edib ki, Rusiya qüvvələrinin hücumda istifadə etdiyi qanadlı raketlərdən 3-ü Ukraynanın hava hücumundan müdafiə qüvvələri tərəfindən məhv edilib, digərləri mülki obyektlərə, xüsusilə də beş mərtəbəli binaya düşüb.
Elvin Mahmudlu
Leqal.info