İranın Ərdəbil vilayətinin Gərmi şəhərində sel nəticəsində 1 nəfər ölüb, 5-i itkin düşüb.

Leqal.info xəbər verir ki, bu barədə "Tasnim" məlumat yayıb.

Bu gün axşam saatlarında Gərmidə baş verən dəhşətli sel nəticəsində 1 nəfərin öldüyü, 5 nəfərin itkin düşdüyü bildirilib.

Sel nəticəsində Əncirlu körpüsü çöküb, Biləsuvar-Gərmi yolu bağlanıb.

Leqal.info