Fransada 5,3 bal gücündə zəlzələ baş verib.

Leqal.info xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Yeraltı təkanların episentri 277 min insanın yaşadığı Nant şəhərindən 127 kilometr cənub-şərqdə, yerin 12 kilometr dərinliyində yerləşib.

Tələfat və dağıntılar barədə məlumat yoxdur.

Leqal.info