Belarusda hərbi helikopter sərt eniş edib, xəsarət alanlar var.

Leqal.info xəbər verir ki, bu barədə Belarus Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Belarus Silahlı Qüvvələrinə məxsus Mi-24 helikopterinin Baranoviçi rayonuna sərt eniş etdiyi, nəticədə ekipaj üzvlərinin xəsarət aldığı qeyd olunub.

Xüsusi komissiya tərəfindən qəzanın səbəbləri araşdırılır.

Elvin Mahmudlu
Leqal.info