Leqal.info xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
Məlumata görə, Sankt-Peterburq şəhərinin Zolotoy küçəsində yerləşən “Vaqner” Özəl Hərbi Şirkətinin binası Rusiya hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən mühasirəyə alınıb.
Binanın yerləşdiyi əraziyə girişdə polis əməkdaşları, həmçinin Milli Qvardiyanın əməkdaşları xidmət aparır.
Hazırda ətrafda vəziyyətin stabil olduğu bildirilib.
Elvin Mahmudlu
Leqal.info