Yunanıstanın Baş naziri Kiriakos Mitsotakisin andiçmə mərasimi baş tutub.

Leqal.info xəbər verir ki, yerli ERT 1 televiziya kanalı mərasimi yayımlayıb.

Parlament seçkilərində qalib gələn “Yeni Demokratiya” partiyasının lideri ölkə konstitusiyasına və qanunlarına riayət edəcəyinə, yunan xalqının maraqlarına və mənafeyinə xidmət edəcəyinə and içib.

Mərasim Yunanıstan Prezidenti Katerina Sakellaropulunun iştirakı ilə Prezident Sarayında təşkil edilib.

Leyla Kamil
Leqal.info