Finlandiyanın Kuvola şəhərində keçirilən hava şousunda qəza olub.

Leqal.info xəbər verir ki, bu barədə Yle kanalı məlumat yayıb.

"Pilot havada müxtəlif akrobatik hərəkətlər etikdən sonra enməyə başlayıb, bundan sonra partlayış olub. Bir müddət sonra təyyarə aviaşounun keçirildiyi ərazininyaxınlığında yerə çırpılıb", - telekanalın məlumatında bildirilib.

Qəza nəticəsində tamaşaçılardan heç biri xəsarət almayıb.

Sözügedən qəzanın səbəbləri araşdırılır.

Leyla Kamil
Leqal.info