Ukraynanın Xarkov vilayətində dəmiryolu stansiyası Rusiya qoşunları tərəfindən ələ keçirilib.

Leqal.info xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi, general-leytenant İqor Konaşenkov bildirib.

O, Rusiya qoşunlarının Kupyansk istiqamətində Molçanovo dəmir yolu stansiyasını ələ keçirdiyini deyib.

"Hücum bölmələri Xarkov vilayətindəki Molçanovo dəmiryol stansiyasını ələ keçirib", - deyə Rusiya MN sözçüsü diqqətə çatdırıb.

Elvin Mahmudlu
Leqal.info