Türkiyənin Antalya bölgəsində tarixi Kaleiçi ərazisində yerləşən butik oteldə yanğın olub.

Leqal.info Türkiyə mediasına istinadən xəbər verir ki, yanğın nəticəsində 2 nəfər ölüb, 12 nəfər yaralanıb.

Ölənlərdən birinin Livanəsilli turist olduğu, yaralılardan ikisinin vəziyyətinin ağır olduğu bildirilib.

Yanğın söndürülüb.

Faktla bağlı araşdırma aparılır.

Elvin Mahmudlu
Leqal.info