“Rusiyanın paytaxtı Moskvaya dünən gecə edilən hücum Ukrayna Müdafiə Nazirliyi Baş Kəşfiyyat İdarəsinin xüsusi əməliyyatı idi”.

Leqal.info “RBK-Ukraina”ya istinadən xəbər verir ki, bu barədə xüsusi xidmət orqanlarından bildirilib.

Məlumata əsasən, PUA-ların hamısı Moskvaya “uçub”.

Qeyd edək ki, Moskvaya iki PUA ilə hücum edilib. Onlardan biri “Lerua-Merlen” ticarət-mərkəzinə, digəri isə Rusiya Müdafiə Nazirliyi və Baş Kəşfiyyat İdarəsinin kiber kəşfiyyat mənzil-qərargahına düşüb.

Leyla Kamil
Leqal.info