Yunanıstanda Evbey adasında meşə yanğınını söndürən təyyarənin qəzaya uğraması nəticəsində pilot ölüb.

Leqal.info xəbər verir ki, məlumatı Rusiya KİV-i yayıb.

Təyyarənin yanğını söndürərkən ağaca ilişdiyi və yerə düşdüyü bildirilib.

Pilot hadisə yerində dünyasını dəyişib.

Leyla Kamil
Leqal.info