Ukrayna Prezidenti Vladimir Zelenski ölkədə hərbi vəziyyətin uzadılması və ümumi səfərbərlik haqqında qanun layihələrini Ali Radaya təqdim edib.

Leqal.info Radanın saytına istinadən xəbər verir ki, hər iki qanun layihəsi artıq Rada rəhbərliyinə baxılmaq üçün təqdim olunub. Sənədlərin mətnləri hələ dərc olunmayıb.

Deputat Yaroslav Jeleznyak hərbi vəziyyət və ümumi səfərbərliyin noyabrın 15-ə kimi uzadılması ehtimalının olduğunu vurğulayıb.

Leyla Kamil
Leqal.info