Erməni hərbçi naməlum şəraitdə güllə yarasından ölüb.

Leqal.info xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb.

“İyulun 26-da saat 16:30 radələrində hələlik aydınlaşdırılmamış şəraitdə “N” saylı hərbi hissənin hərbi qulluqçusu Murad Qriqoryan ölümcül güllə yarası alıb”, - məlumatda bildirilir.

Qeyd olunur ki, hadisənin təfərrüatlarının aydınlaşdırılması üçün araşdırma aparılır.

Elvin Mahmudlu
Leqal.info