Nigeriyanın şimal-şərqindəki Borno əyalətində terror aktı olub.

Leqal.info xarici KİV-ə istinadən xəbər verir "Boko Haram" terror təşkilatı törətdiyi hadisədə 11 dinc sakin ölüb.

Terror təşkilatının Kavuri kəndində əkin sahəsində işləyən insanlara silahlı hücum etdiyi, çoxlu sayda insanın yaralandığı bildirilib.

Nigeriyada 2000-ci illərin başlanğıcından bəri mövcud olan "Boko Haram"ın hücumları zamanı on minlərlə insan həyatını itirib.

Leyla Kamil
Leqal.info