Rusiya Ukraynanın Pokrovska şəhərinə raket hücumu edib.

Leqal.info xəbər verir ki, bu barədə Ukrayna mediası məlumat yayıb.

Atılan raketin yaşayış binasına düşdüyü bildirilib.

Raket hücumu nəticəsində 67 nəfər yaralanıb, yeddi nəfər ölüb.

Xəsarət alanlardan 29-unun polis əməkdaşı, yeddisinin xilasedici və ikisinin uşaq olduğu bildirilib.

Leyla Kamil
Leqal.info