Türkiyə öncə ASALA, sonra da PKK terror təşkilatları ilə mübarizə aparıb.

Leqal.info xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada keçirilən “14-cü Səfirlər Konfransı”nı çərçivəsində çıxışı zamanı deyib.

O vurğulayıb ki, bu terror təşkilatlarının arxasında Türkiyəni çökdürmək və bölmək istəyən qüvvələr dayanırdı:

“Onlar məqsədlərinə çatmadılar. Biz nə ASALA, nə də PKK-ya qarşı geri addım atmadıq”.

Leyla Kamil
Leqal.info