Türkiyənin Adana vilayətinin Aladağ rayonunda zəlzələ baş verib.

Leqal.info xəbər verir ki, bu barədə Türkiyənin Təbii Fəlakət və Fövqəladə Hallar Agentliyi (AFAD) məlumat yayıb. Yeraltı təkan 4,5 maqnitudada baş verib.

Zəlzələnin yerli saatla 17:36-da, yerin təxminən 7,3 kilometr dərinliyində baş verdiyi bildirilib.

Leyla Kamil
Leqal.info