Gürcüstanın Şovi dağlıq kurort zonasında torpaq sürüşməsi nəticəsində ölənlərin sayı 27 nəfərə yüksəlib.

Leqal.info “Sputnik”in Gürcüstan bürosuna istinadən xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyi məlumat yayıb.

Hazırda həmin ərazidə xilasedicilərin 6 nəfər itkin düşmüş şəxsin axtarışlarını davam etdirdiyi məlumatda bildirilir.

Xatırladaq ki, avqustun 3-də Gürcüstanın Oni bələdiyyəsindəki Şovi kurort zonasının yaxınlığında torpaq sürüşməsi olub.

Elvin Mahmudlu
Leqal.info