Leqal.info xəbər verir ki, bu barədə “Biz Rusiya ilə birlikdəyik” hərəkatının sədri Vladimir Roqov “Telegram”da yazıb.
Onun sözlərinə əsasən, Priqojin və Utkinin cəsədləri xüsusi əlamətlər sayəsində tanınıb.
Qeyd edək ki, ötən gün Rusiyanın Tver vilayətində biznes təyyarəsi qəzaya uğrayıb və ilkin məlumatlara əsasən, təyyarədə 7 nəfər olub.
Sərnişinlərin bir neçəsinin cəsədləri ağır formada yandıqları üçün hələlik müəyyən edilmədiyi, biomaterialın artıq genetik test üçün Moskvaya göndərildiyi bildirilib.
Elvin Mahmudlu
Leqal.info