İsrail Hərbi Hava Qüvvələri Hələb Beynəlxalq Hava Limanına raket zərbəsi endirib, nəticədə hava limanı sıradan çıxıb.

Leqal.info TASS-a istinadən xəbər verir ki, bu barədə Suriya Ərəb Respublikasının Müdafiə Nazirliyinin bəyanatında deyilir.

İsrail qüvvələrinin saat 04:30-da Hələb beynəlxalq hava limanına raket zərbəsi endirdiyi, nəticədə uçuş-enmə zolağının zədələndiyi və maddi ziyan dəydiyi bidirilib.

Suriya Müdafiə Nazirliyinin məlumatına əsasən, hücum Aralıq dənizindən həyata keçirilib.

Leqal.info