Rusiyanın Voronej vilayətinin Rossoş şəhərində qumbaranın partlaması nəticəsində 3 nəfər həlak olub.

Leqal.info Rusiya mətbuatına istinadən xəbər verir ki, hadisə şəhərdəki fərdi evin həyətində baş verib. Xəbərə görə, evdə beş nəfər yaşayırmış, onlardan üçü ölüb. Hadisənin dəqiq səbəbi bilinmir. İlkin ehtimala görə, partlayış hərbi sursatla ehtiyatsız davranma səbəb olub.

Leqal.info