Rusiya ordusu Ukraynanın Xarkov vilayətinin Kupyansk rayonunda yerləşən Qroza kəndinə zərbələr endirib.

Leqal.info "Unian"a istinadən xəbər verir ki, Xarkovun hərbi administrasiyasının rəhbəri Oleq Sinequbov kənddəki ərzaq mağazasına zərbə zamanı azı 48 nəfərin öldüyünü bildirib.

O, ölənlər arasında 6 yaşlı uşağın olduğunu da bildirib.

Hadisə zamanı daha 6 nəfərin yaralandığı qeyd olunub.

Leqal.info