Əfqanıstanda 6,4 maqnitudalı zəlzələ baş verib.

Leqal.info xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Zəlzələnin ocağı Heratdan 36 km şimal-qərbdə, 10 km dərinlikdə yerləşib. Daha sonra 5,6 maqnitudalı növbəti təkan qeydə alınıb.

Bundan öncə oktyabrın 11-də Əfqanıstanda 6,4 maqnitudalı zəlzələ minlərlə insanın ölümünə yol açıb.

Leqal.info