Leqal.info xəbər verir ki, bu barədə BMT Agentliyi məlumat yayıb.
Bildirilib ki, bu gün günorta saatlarında Qəzzanın orta bölgəsindəki əl-Mağazi qaçqın düşərgəsində UNRWA məktəbinin vurulması nəticəsində azı 6 nəfər həlak olub.
“Onlarla insan yaralanıb (habelə UNRWA əməkdaşları) və məktəbin binasına ciddi ziyan dəyib.
Rəqəmlərin artacağı ehtimal olunur.
“Məktəb İsrail qüvvələrinin Qəzza zolağına hava hücumları və bombardmanı zamanı vurulub", məlumatda bildirilib.
Qeyd olunub ki, bu məktəbə ən azı 4000 insan sığınıb.
“Oktyabrın 7-də müharibə başlayandan bəri UNRWA gündəlik olaraq müvafiq tərəflərə obyektlərinin koordinatlarını təqdim edir," - BMT Agentliyi vurğulayıb.
Leyla Kamil
Leqal.info