Türkiyənin Kahramanmaraş şəhərində 4,2 maqnitudalı zəlzələ baş verib.

Leqal.info xəbər verir ki, bu barədə AFAD (Fövqəladə Halların İdarə Olunması Agentliyi) məlumat yayıb.

Zəlzələ Kahramanmaraşın Göksun rayonunda baş verib.

Zəlzələ ocağının dərinliyi 7 kilometr olub.

Dağıntı və tələfat barədə məlumat yoxdur.

Leqal.info