İsrail ordusu Qəzza zolağı üzərində daimi nəzarəti saxlamalı və onu kənar qüvvələrə təslim etməməlidir.

Leqal.info Ynet portalına istinadən xəbər verir ki, bunu İsrailin Baş naziri Benyamin Netanyahu Qəzzaya yaxın ərazidə yerləşən bələdiyyələrin rəhbərləri ilə görüşündə deyib.

“İsrail Müdafiə Qüvvələri Qəzza zolağı üzərində nəzarəti saxlayacaq, biz onu xarici qüvvələrə təhvil verməyəcəyik”, - deyə Netanyahu diqqətə çatdırıb.

Leqal.info