İsrail ordusu Qəzza zolağında gedən döyüşlərdə daha 2 hərbçisini itirib.

Leqal.info xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələri (İsrael Defence Forces – İDF) mətbuat xidməti məlumat yayıb.

Qeyd olunub ki, son sutka ərzində 35-ci Hava Desant Briqadasının baş çavuşu və 89-cu Komando Briqadasının Xüsusi Qüvvələrinin hərbçisi Qəzza zolağının cənubundakı döyüşlərdə ölüb.

Bununla da, 31 oktyabrdan indiyə kimi İsrail ordusunun Qəzza zolağındakı yerüstü hərbi əməliyyatları nəticəsində 86 israilli hərbçi həlak olub.

Leqal.info